Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Xəbər verdiyimiz kimi ötən gün Cəlilabad rayonu ərazisində silahlı insident baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, atışmada iştirak edənlərdən biri bu gün ələ keçib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini İlqar Həsənov saxlanılıb. Həsənov saxlanılarkən ondan AKS tipli avtomat silahı, həmin avtomat üçün 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.
Xatırladaq ki, ötən gün Cəlilabad şəhəri ərazisində baş verən atışma zamanı bir ədəd "Lexus" markalı minik avtomobili və bir yaşayış evinə ziyan dəyib. Baş vermiş silahlı insidentlə bağlı Cəlilabad Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 və 228-ci maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.