ABŞ-ın yeni səfiri məsələsinə aydınlıq gətirildi

ABŞ-ın Azərbaycandakı səfiri postuna, hələlik təyinat olmayıb
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. "ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin adı hələ açıqlanmayıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Vilyam Gil bildirib.

"Ümidvarıq ki, tezliklə həmin şəxsin adı açıqlanacaq. Bu arada, mən burada səfir səlahiyyətlərini icra edən şəxs olaraq çox səylə çalışıram ki, əməkdaşlığımız inkişaf etsin və bizim istədiyimiz şəkildə davam etsin", — deyə müvəqqəti işlər üzrə vəkil bildirib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib.

O, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb.

Keçmiş səfir təqaüdə çıxmağa qərar verib. R.Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib. ABŞ-ın Azərbaycandakı səfiri postuna, hələlik təyinat olmayıb.