İQTİSADİYYAT

Azərbaycanda xarici valyutalar bahalaşdı

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 7 iyun — Sputnik. İyun ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0052 manata, rubl/manat məzənnəsi 0,0276 manata qalxıb. Türk lirəsi isə 0,3741 manata yüksəlib.

Qeyd edək ki, iyunun 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9916 manata, 1 rubl 0,0274 manata, 1 lirə isə 0,3701 manata bərabər idi.