RUSİYA

Putin Suriya kampaniyasının sonu barədə

"Onlar orada Rusiyaya sərfəli olana və bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirənə qədər orada qalacaq"
Sputnik

BAKI, 7 iyun — Sputnik. Rusiya hələlik Suriyadan öz qoşunlarını çıxarmağı planlaşdırmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırarkən bildirib.

"Onlar orada Rusiyaya sərfəli olana və bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirənə qədər orada qalacaq. Biz hələlik bu birləşmələrin oradan çıxarılmasını planlaşdırmırıq", — deyə rus lider qeyd edib.

O, eyni zamanda qoşunların yerləşdiyi məntəqələri baza adlandırmadığını vurğulayıb: "Biz orada uzunmüddətli tikintilər həyata keçirmirik və ehtiyac olacağı təqdirdə öz hərbçilərimizi maddi itkisiz bu ölkədən çıxarda bilərik. Lakin hələlik orada onlara ehtiyac var, onlar orada Rusiyanın bu regionda təhlükəsizliyinin təmin olunması, iqtisadi sahədə maraqlarımız da daxil olmaqla əhəmiyyətli məsələləri həll edirlər", — deyə prezident qeyd edib.