RUSİYA

Putin ateistlər və Allaha inam barədə danışdı

"Elə insanlar var ki, hər hansı bir ekstremal vəziyyət olmadan bunu anlayır"
Sputnik

BAKI, 7 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün ənənəvi olaraq keçirilən canlı yayım zamanı Allaha inam barədə sualı cavablandırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Bu olduqca intim sualdır. Bilirsiniz, ictimaiyyət arasında bu barədə danışmaq olduqca çətindir. Fikrimcə, hər bir insan ürəyində inamla doğulur. Lakin müxtəlif insanlar fərqli vaxtlarda bunu anlamağa başlayır. Məsələn, Böyük Vətən Müharibəsi zamanı, hətta ən qatı ateistlər belə səngərdə olduğu və ya hücuma getdiyi vaxt, mən əminəm ki, Allah haqqında düşünüb. Elə insanlar var ki, hər hansı bir ekstremal vəziyyət olmadan bunu anlayır. İnsan hər hansı bir ekstremal vəziyyətə düşdükdə bu barədə düşünür", — deyə Putin Allaha nə vaxt inanmağa başladığı barədə sualı cavablandırarkən bildirib.