RUSİYA

Vladimir Putin azərbaycanlı bloqçunun sualını cavablandırdı

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı bloqger Hüseyn Həsənovun sualını cavablandırıb
Sputnik

BAKI, 7 iyun — Sputnik. Rusiya hökuməti Instagram və YouTube-u bağlamaq fikrində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı bloqger Hüseyn Həsənovun RF-də sözügedən sosial şəbəkə xidmətlərinin bağlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyb.

Putin qeyd edib ki, o, insanların Instagram və YouTube-un bağlanması ilə əlaqədar şayiələrdən narahatlığını başa düşür. Prezident xatırladıb ki, özü xüsusi xidmətlərdə çalışıb və nəyi qadağan etməyin asan olduğunu yaxşı bilir.  Onun sözlərinə görə, bu məsələlərdə sivil həll yolu tapmaq çətindir.

Dövlət başçısı həmçinin qeyd edib ki, Telegram ətrafındakı vəziyyəti də yaxşı bilir. Dediyinə görə, o, öz növbəsində insanların təhlükəsizliyi üçün narahatdır.

"Xüsusi xidmətlər deyəndə ki, Peterburq metrosunda partlayış baş verəndən sonra onlar terrorçuların yazışmalarını izləyə bilmirdilər, çünki bu yazışmalar şifrəli idi, mən bununla bağlı nə reaksiya verməli idim? Odur ki, təhlükəsizlik birinci yerdədir" — deyə Putin əlavə edib.

Rusiya lideri söz verib ki, xüsusi xidmətlərdəki bütün həmkarlarını hüquq pozuntularını İnternet məkanının azadlığına məhdudiyyət qoymadan, texniki vasitələrindən istifadə etməklə izləməyə təşviq edəcək.