Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 7 iyun — Sputnik. Cəlilabadda atışma baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən Cəlilabad şəhəri ərazisində bir neçə rayon sakini bir-birinə odlu silahdan atəş açıb. Atışma zamanı xəsarət alan olmayıb, lakin, bir “Lexus” markalı minik avtomobili və bir yaşayış evinə ziyan dəyib.
Atışmanın səbəbləri və atışmada iştirak edənlərin kimliyi hələlik məlum deyil.
Baş vermis insidentlə bağlı araşdırma davam etdirilir.