Onları bu halda tutdular...

Onlar polis tərəfindən saxlanıblar
Sputnik

BAKI, 7 iyun — Sputnik.  Türkiyəyə Pendik Ro-Ro Limanından keçmək istəyən qanunsuz miqrantlar saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə tutulan miqrantlar əvvəlkilərdən ciddi şəkildə fərqləniblər. Belə ki, onlar böyük yük avtomobilinin arxasında, folqaya bürünərək diqqətdən yayınaraq keçmək istəyiblər.

Miqrantlar öncədən elə hazırlaşıblar ki, gömrük işçiləri onları görməsin. Amma gömrük idarəsinin işçiləri avtomobilə baxış zamanı şübhələniblər və maşını X-ray cihazı vasitəsilə yoxlamaq qərarına gəliblər. Bu zaman yük yerində folqaya bürünmüş 7 nəfər iraqlı miqrant tapılıb.

Onlar polis tərəfindən saxlanıblar.