HADİSƏ

Bakını yenə alov və tüstü bürüyüb

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə gələrək yanğını söndürüblər
Sputnik

BAKI, 7 iyun — Sputnik. Bakıda Bünyad Sərdarov küçəsi ilə Abdulla Şaiq küçələrinin kəsişdiyi ərazidə, Nəriman Nərimanov heykəlinin yaxınlığındakı "Sea View" adlanan yaşayış binasının qarşısındakı 5 sot ərazi yanıb.

Nəriman Nərimanov heykəlinin yaxınlığında yanğın

Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə gələrək baş verən yanğını söndürüblər.

Sakinlərin sözlərinə görə, ya kimsə bilərəkdən ərazidəki quru otları yandırıb, ya da təsadüfən siqaret kötüyünün düşməsi nəticəsində ərazi yanmağa başlayıb.