BAKI, 7 iyun — Sputnik. 22 yaşlı farnsızın ölümündə ittiham edilən iki Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxacaq. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, həmin şəxslər fransız gəncin sağlamlığına zərər vurmaqla yanaşı soyğunçuluqda da ittiham edilirlər.
İstintaq məlumatlarına görə, ittiham edilənlər 2016-cı il dekabrın 15-də britaniyalı qız və iki fransızla tanış olublar. Daha sonra onları pivəyə və klozapinə (şizofreniya zamanı qəbul edilən dərman) qonaq ediblər. Qonaqlar huşunu itirdikdən sonra onları Mıtışin rayonuna aparıblar. Orada azərbaycanlılar onların üzərində olan 1,3 milyon rubl (35630 manat) götürüblər. Qurbanlardan biri olan 22 yaşlı fransız klozapin və etil spirti qarışığından zəhərlənərək dünyasını dəyişib.