HADİSƏ

Yüz səksən nəfər həbsxanadan qaçdı

Hazırda rəsmilər məhkumların qaçma səbəbini müəyyənləşdirməyə çalışır
Sputnik

BAKI, 6 iyun — Sputnik. Nigeriyada 180 nəfər həbsxanadan qaçıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Minna şəhərində zindandan qaçan məhbusların 30 nəfəri tapılıb.

Ştatın qubernatoru Sani Bello bildirib ki, hakimiyyət cəza islahatları ilə bağlı federal hökumətlə əməkdaşlıq edəcək və bütün ştatda həbsxanalardakı vəziyyəti yaxşılaşdırmağa çalışacaq.

Hazırda rəsmilər məhkumların qaçma səbəbini müəyyənləşdirməyə çalışır.