Metropoliten əməkdaşlarına vəd verildi, aksiya dayandı

Hələlik onların əmək haqlarının nə vaxt artırılacağı acıqlanmır
Sputnik

BAKI, 6 iyun — Sputnik. İki gündür tətil edən Tbilisi metropoliteninin maşinistləri daxili məsləhətləşmələr nəticəsində bu gün yerli vaxtla saat 14:00-da yenidən işə qayıtmağı qərara alıblar. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Maşinistlərin sözlərinə görə, Tbilisi meri Kaxa Kaladze onların əmək haqlarının artırılmasına dair məsuliyyəti öz üzərinə götürüb. Lakin hələlik onların əmək haqlarının nə vaxt artırılacağı acıqlanmır.

Qeyd edək ki, bazar ertəsindən Tbilisi metrosunda maşinistlər tətil elan ediblər. Maşinistlər əmək haqlarının bir saat üçün 7 laridən 10 lariyə artırılmasını tələb edirlər. Ümumilikdə, Tbilisi metrosunda 240 maşinist işləyir.