HADİSƏ

Astarada insanları zəhərləyən qadın tutuldu, 10 min həb tapıldı

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib

Astarada qadından 10 min ədəd güclü təsir edən dərman preparatları aşkar edilərək götürülüb.

1 / 3
Astara sakinindən güclü psixotrop dərman preparatları aşkar edilərək götürülüb
2 / 3
Astara sakinindən güclü psixotrop dərman preparatları aşkar edilərək götürülüb
3 / 3
Astara sakinindən güclü psixotrop dərman preparatları aşkar edilərək götürülüb

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxil olan "Tramodol" adlı dərman preparatlarının satışı ilə məşğul olan Astara şəhər sakini Rəna Həsənova saxlanılıb. Astara rayonu ərazisində ayrı-ayrı şəxslərə dərman preparatlarının satışı ilə məşğul olan R.Həsənovanın yaşadığı evdən 160 ədəd güclü təsiredici “Tramadol” tərkibli dərman preparatları aşkar edilərək götürülüb. Bundan əlavə, R.Həsənovanın İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsirli dərman preparatlarını satış məqsədilə əldə edərək yaşadığı evin həyətində olan tikilidə saxladığı müəyyən edilib.

Saxlanılan R.Həsənova barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.