Məşhur cütlüyün evini yardılar, hər şeylərini apardılar – FOTO

Cütlük hadisə ilə bağlı polisə müraciət edib
Sputnik

BAKI, 6 iyun — Sputnik. "Barselona" klubunun müdafiəçisi Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.

Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, oğrular ulduz cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər. Oğruların hadisə zamanı evdə heç bir iz qoymadığı qeyd olunur.

Şakira və Pike

Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Cütlük hadisə ilə bağlı polisə müraciət edib.