HADİSƏ

Azərbaycandakı zəlzələ barədə rəsmi məlumat verildi

Yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 5,5 bal gücündə zəzləzə qeydə alınıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Bu gün saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 5,5 bal gücündə zəzləzə qeydə alınıb.

Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.