Məşhur həkimin başına iş gəldi, pasienti gözlənilmədən öldü – VİDEO

Bir müddət sonra qadının ürəyindən ağrılar tutub və o, ölüb
Sputnik

BAKI, 5 iyun — Sputnik. Moskvada məşhur həkimlə bağlı xoşagəlməz hadisə yaşanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, sinəsində plastik əməliyyat etdirən 32 yaşlı iki uşaq anası Yekaterina Kiselyova əməliyyatdan sonra özünü narahat hiss edib. Bir müddət sonra qadının ürəyindən ağrılar tutub və o, ölüb.

Yekaterina Kiselyovanın anası qızının ölümündə estetik əməliyyat edən həkimi günahlandırıb və ondan polisə şikayət edib.

Qeyd edək ki, ölən xəstə ölkənin ən tanınmış plastik cərrahlarından olan Qriqori Perekryostovun pasienti olub. Perekryostov əməliyyatdan sonra xəstələri ilə şelfi edərək sosial şəbəkələrdə paylaşması ilə məşhurdur.