RUSİYA

Gözəl görünmək arzusu həyatının sonu oldu

Komaya girən Qalina hadisədən 13 ay sonra dünyasını dəyişib
Sputnik

BAKI, 5 iyun — Sputnik. Rusiyada 30 yaşlı Qalina Rakusina döşlərini böyütmək üçün əməliyyat etdirməyə qərar versə də, əməliyyatın nəticə barədə düşünməyib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, hadisə 2017-ci ilə baş verib.

Qadın həyat yoldaşından gizlin şəkildə yığdığı pul ilə tibb müəssisəsinə müraciət edib. Ancaq o əməliyyat zamanı narkoz verildiyi zaman komaya girərək vəziyyəti pisləşib. Həkimlərin səyləri ilə qadının dayanan ürəyi 3 dəqiqə sonra atmağa başlasa da, bu qadının həyatını qurtarmayıb.

Komaya girən Qalina hadisədən 13 ay sonra dünyasını dəyişib.