"Facebook" yenə bizi "satır"

Telefon və planşet istehsalçıları daha çox istifadəçi məlumatlarına giriş imkanı əldə edib
Sputnik

BAKI, 5 iyun — Sputnik. "Facebook" yenə istifadəçilərin məlumatlarını yaymaqda ittiham edilir. Sputnik AzərbaycanThe New York Times-a istinadla xəbər verir ki, sosial şəbəkə ötən illərdə ən azı 60-a yaxın mobil cihaz istehsalçısı ilə müqavilə imzalayaraq, onlara istifadəçilərin və onların dostluğunda olan şəxslərin məlumatlarına girişə icazə verib.

Nəşr bildirir ki, telefon və planşet istehsalçıları "Facebook"un proqram interfeyslərini istifadə edərək daha çox istifadəçi məlumatlarına giriş imkanı əldə edib.

Onların əksəriyyəti, məsələn, istifadəçilərin razılığı və məlumatları olmadan istifadəçilərin "dostlarının" məlumatlarını nəzərdən keçirə bilər.

Məlumata görə, bu ilin aprel ayında "Facebook" və "Cambridge Analytica" ətrafında baş verən qalmaqala görə şəbəkə bir çox istehsalçı ilə müqavilələri dayandırmağa söz verib. Amma bu müqavilələrin bəziləri hələ də qüvvədədir.