Donald Tramp və Kim Çen In görüşsün deyə dəridən-qabıqdan çıxırlar

Sikkələrin bir üzündə ABŞ və Şimali Koreya liderlərinin öz ölkələrinin bayraqları fonunda əl sıxmaları əks olunur
Sputnik

BAKI, 5 iyun — Sputnik. "Singapore Mint" hökumət şirkəti ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında iyunun 12-də baş tutacaq görüşlə bağlı üç formada xatirə pul sikkələri buraxacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

Məlumata əsasən, sikkələr üç növdən – qızıl, gümüş, və sinkdən ibarət olacaq. Sikkələrin bir üzündə ABŞ və Şimali Koreya liderlərinin öz ölkələrinin bayraqları fonunda əl sıxmaları əks olunur.

ABŞ bayrağı sağda, Şimali Koreyanın bayrağı solda yerləşir. Yuxarı hissədə görüşün keçirildiyi tarix 12.06.2018 və "Sinqapur sammiti" yazısı əks olunub. Sikkənin digər üzündə isə "bütün dünyada sülhü simvolizə edən" göyərçin, həmçinin ABŞ və Şimali Koreyanı simvolizə edən qızılgül və maqnoliya əks olunub.