HADİSƏ

Xocahəsəndə körpəni öldürüb zibilliyə atan "ana" saxlanıldı

Bakıda yeni doğulmuş qızını öldürüb zibilliyə atan qadın saxlanıldı
Sputnik

BAKI, 5 iyun — Sputnik. Bakıda yeni doğulmuş qızının cəsədini zibil qabına atan qadın saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Paradoksal olan odur ki, ana öz uşağından belə qəddar üsulla məhz iyunun 1-də — Uşaqların Beynəlxalq Müdafiəsi Günü canını qurtarıb.

Qeyd edək ki, bu dəhşətli addımı Xocahəsən qəsəbəsinin sakini atıb. Məişət tullantılarının atıldığı zibillikdən içində yeni doğulmuş qız uşağının cəsədi olan qutu tapılıb. Müəyyən edilib ki, uşaq 7 aylıq və yarımçıq doğulub. O, doğulanda sağ olub. Ölüm hadisəsi sonradan baş verib.

Paytaxtın hüquq-mühafizə orqanları qatil ananı saxlamağa müvəffəq olublar. Sən demə, o, 1986-cı il təvəllüdlü Bakı sakini Quliyeva Gülnar Yunis qızı imiş. Binəqədi prokurorluğundan bildiriblər ki, Quliyevaya qarşı AR Cinayət Məcəlləsinin 121-ci maddəsi (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) ilə cinayət işi açılıb.

Bu maddənin dəyişdirilməsi istisna edilmir. Hazırda istintaq orqanları cinayətin motivini — gənc qadının öz uşağını öldürməsinin səbəbini müəyyən etməyə çalışır.