CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər ömürü artırmağın effektiv yolunu tapdılar

Yaşlı insanlarda orta tempdə gəzinti ürək damar xəstəliklərindən əziyyət çəkənlərdə ölüm riskini 46%, sürətli yeriyiş isə 53% azaldır
Sputnik

BAKI, 5 iyun — Sputnik. Sürətli yerimə yavaş gəzintiyə nisbətdə uzunömürlülüyü daha çox artırır. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə müvafiq araşdırma "British Journal of Sports Medicine" nəşrində yayımlanıb.

Sidney Universitetinin alimləri İngiltərə və Şotlandiyadan olan 50 min adamın müayinə zamanı əldə olunan məlumatlarını araşdırıblar. Müayinə iştirakçıları gəzinti zamanı hansı tempə (aşağı, orta və sürətli) üstünlük verdiklərini göstəriblər. Mütəxəssislər yaş, cins, fiziki aktivlik və bədən kütləsinin indeksi kimi faktorları da nəzərə alıblar.

Məlum olub ki, orta tempdə vaxtından əvvəl ölmə riski aşağı templə gəzənlərə nisbətdə 20 faiz azalıb. Sürətli templə gəzənlərdə isə vaxtından əvvəl ölmə riski aşağı templə gəzənlərə nisbətdə 24 faiz azalıb. Bu arada gəzintilərin xüsusilə yaşlı insanlara müsbət təsir etdiyi qeyd olunur.

Belə ki, yaşlı insanlarda orta tempdə gəzinti ürək damar xəstəliklərindən əziyyət çəkənlərdə ölüm riskini 46%, sürətli yeriyiş isə 53% azaldır.