Vulkan püskürməsi kəndləri məhv etdi, insanları diri-diri yandırdı

Qvatemala hökuməti vulkan püskürməsindən 1,7 milyon insanın zərər gördüyünü bildirir
Sputnik

BAKI, 4 iyun — Sputnik. Qvatemaladakı Fuego vulkanından çıxan lava kəndləri məhv edib, insanlar diri-diri yandırıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, lavada yanan yüzlərlə insan xəstəxanalara daşınır.Böyük bir gurultu ilə partlayan vulkandan ətrafa qaya parçaları, qara duman və kül püskürüb. Qvatemalada La Aurora Hava limanı kül yağışı səbəbilə bağlanıb.

Prezident Cimmi Morales ən az üç böyük bölgədə dağıntının olduğunu bildirib.Mütəxəssislərə görə, vulkanda 1974-cü ildən bu yana ən böyük püskürmə baş verib.

Qvatemala hökuməti vulkan püskürməsindən 1,7 milyon insanın zərər gördüyünü bildirir.