Tramp qaydanı yenə dəyişdi – İftar verəcək

Tramp Ramazan ayı münasibəti ilə şam yeməyinin verilməsi ənənəsini bərpa etməyə qərar verib
Sputnik

BAKI, 4 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar verəcək. Bu barədə Sputnik Azərbaycan "New York Times"-a istinadən xəbər verir.

Tramp müsəlmanların müqəddəs Ramazan ayı münasibəti ilə İslam təşkilatlarının rəhbərləri üçün şam yeməyinin verilməsi ənənəsini bərpa etməyə qərar verib.

Qeyd edək ki, ötən il Donald Tramp 1999-cu ildən bəri Ağ Evdə iftar verilməsi ənənəsini pozmuşdu. Bunun əvəzinə ABŞ prezidenti və xanımı şotlandiyalı aktrisa Luiz Linton və maliyyəçi Stiven Mnuçinin toy mərasiminə qatılmışdı. Bu isə ölkədəki müsəlman icmasının sərt tənqidinə məruz qalmışdı.