BAKI, 4 iyun — Sputnik. Azərbaycan Respublikası Tarif Şurası işçi elanı verib. Sputnik Azərbaycan xəbər verir ki, Tarif Şurasının təhlil və tənzimləmə şöbəsinə müdir axtarılır.
Vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək.
Müsahibədə, həmçinin ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Məlumatda qeyd olunur ki, namizədlərin ərizələri iyunun 20-dək qəbul ediləcək.