Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 4 iyun — Sputnik. Lənkəran bədbəxt hadisə baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini laqunda ilə ehtiyatsız davranaraq özünə ciddi xəsarət yetirib.
Hadisə Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Yusif Hadıyev evdə laqunda ilə iş görərkən qolunu və baş nahiyəsini kəsib.
Yusif Hadıyev dərhal Təcili Yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun üzərində əməliyyat aparılır.