BAKI, 4 iyun — Sputnik. "Ermənistan xarici işlər naziri Zograp Mnatsakanyan ölkəsinin Türkiyə ilə əlaqələri qeyri-şərtsiz yaxşılaşdırmaq istədiyini bildirib". Sputnik Ermənistan xəbər verir ki, bunu erməni nazir "Azadlıq" radiosuna müsahibəsində qeyd edib.
Erməni nazir, eyni zamanda Türkiyənin əlaqələrin normallaşdırılmasına dair heç bir açıqlama vermədiyini də qeyd edib: "Biz yaxşı qonşuluq münasibətlərinə hazırıq, ancaq bu, bizim maraqlarımıza zidd olmalı deyil. Biz hələ də bu yanaşmanın tərəfdarıyıq. Bu prosesə hazır olmağımız nəinki bizim, hətta bütün bölgənin xeyrinədir. Ancaq bizim maraqlarımıza zərər verəcək addımlara hazır deyilik".