BAKI, 4 iyun — Sputnik. İyunun 3-də IGEC şirkəti, Zalova S xeyriyyə cəmiyyəti, Danone və Castle şirkətlərinin birlikdə həyata keçirdikləri "Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədilə ilə xeyriyyə tədbiri keçirib.
Sputnik Azərbaycan-ın informasiya dəstəyi olduğu tədbir öncə təşkilatçı Ülviyyə Cəlilzadənin çıxışı ilə başlayıb. O, xeyriyyə tədbirinin iştirakçılarını salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib. Daha sonra tədbirin digər təşkilatçısı Səbinə Zalovaya söz verilib. S. Zalova tədbir iştirakçılarını və onlara dəstək olan hər kəsə təşəkkür edib və bildirib ki, bu tədbirdə gələn gəlir kimsəsiz uşaqlara yardıma xərclənəcək.
Tədbirdə “Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi”nin direktoru Kəmalə Ağazadə də iştirak edib. O, bu təşəbbüsü yüksək dəyərləndirib və Beynəlxalq Uşaqlar Günü münasibəti ilə ana-ata qayğısından məhrum olan körpələrə göstərilən diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, təşkilatçılar tədbirdən yığılan vəsaitlə bu gün “Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi”nin körpələri üçün geyim əşyaları və digər lazımlı əşyalar alınaraq mərkəzə aparıblar. Eyni zamanda, Danone şirkəti də öz məhsulları ilə yardım kompaniyasına dəstək olub.