MƏDƏNİYYƏT

Yazıçı: “İsa Muğannanın Azərbaycan nəsrində möhürü var”

Yazıçı Elçin Hüseynbəyli deyir ki, yubileylə bağlı olaraq respublika səviyyəsində tədbirlər keçiriləcək
Sputnik

Elçin Hüseynbəyli: “İsa Muğanna adına mükafat da təsis oluna bilər”
Azərbaycan prezidenti İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Yazıçı Elçin Hüseynbəyli Sputnik Azərbaycan-a deyir ki, belə bir sərəncamın verilməsi alqışlanmalıdır:

“İsa Muğanna Azərbaycan nəsrinin nəhənglərindən biridir. Azərbaycan nəsrində, romançılığında onun möhürü var. Düşünürəm ki, yubileylə bağlı olaraq respublika səviyyəsində tədbirlər keçiriləcək. Ancaq bu bir tədbirlə məhdudlaşdırılmamalıdır. İsa Muğanna adına mükafat da təsis oluna, eyni zamanda rayon və şəhərlərdə oxu günləri keçirilə bilər”.

Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğanna (Hüseynov) 1 aprel 2014-cü ildə dünyasını dəyişib.