BAKI, 3 iyun — Sputnik. Avstraliyalı feminist yazıçı Germani Greer zorlamanın çox da ciddi qanun pozuntusu olmadığını bildirib.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, yazıçının fikri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yazıçı təklif edib ki, başqasını zorlayanlar 200 saat inzibati qaydada işə cəlb edilməli və onların qoluna T hərfi döyməsi vurulmalıdır.
79 yaşlı yazıçı bildirib ki, zorlamaların çoxu heç bir zədə vermir: "Zorlamanı böyük bir cianyət kimi düşünmək yerinə icazəsiz münasibət kimi düşünək. Bu içində duyğu olmayan pis cinsi əlaqədən fərqli deyil. Baxın sizə nə deyəcəyəm: penisin öldürücü cinayət aləti olduğuna inanmaq istəyə bilərsiniz, amma bu axmaqlıqdan başqa bir şey deyil. Bu düz deyil. Penis qorxusu içində yaşamırıq. Bir adam sizi penisi ilə öldürə bilməz"
Germani Greer çıxışı zamanı öznüün də keçmişdə zorlamaya məruz qaldığını bildirib.
Yazıçının bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.