Qadının həyatını çəkdiyi şəkil xilas elədi

Qadının sevgilisi bir müddət sonra polislər tərəfindən saxlanılıb
Sputnik

BAKI, 3 iyun — Sputnik.  İngiltərədə bir qadın işgəncəyə məruz qalıb.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Marta Dolakı sevgilisi Maykl Qudvin öz evinə dəvət edib. Kişinin evinə gedən qadın qapıdan içəri girən kimi şiddətə məruz qalıb. Kişi onu döyməyə başlayıb. Zərbələrin gücündən qadın huşunu itirib. Bir müddət sonra özünə gələn qadın sevgilisinin sərxoş olduğundan istifadə edib və dostlarına mesaj göndərib.

Marta Dolakın döyüldükdən sonra çəkilmiş fotosu

Mesajda özünün görüntüsünü əks etdirən şəkli göndərən qadın dostlarından kömək istəyib. Polis mesaj göndərilən məkanı müəyyən edərək qadını xilas edib. Qadının sevgilisi Maykl Qudvin isə bir müddət sonra polislər tərəfindən saxlanılıb.