CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlverişsiz hava şəraiti nə vaxtadək davam edəcək

Sabah dağlıq rayonlarda şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq
Sputnik

BAKI, 3 iyun — Sputnik. İyunun 4-nə respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Temperaturun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var. Abşeronun şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində — Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək.