HADİSƏ

AZAL-ın reysi qeyri-adi olayla bağlı təxirə salındı

Şirkətin sosial şəbəkədəki səhifəsində bildirilir ki, təyyarə havada quşla toqquşub
Sputnik

BAKI, 3 iyun — Sputnik. İstanbuldan Bakıya uçmalı olan AZAL şirkətinin təyyarəsi geri qayıdıb. Şirkətin sosial şəbəkədəki səhifəsində bildirilir ki, təyyarə havada quşla toqquşub.

"Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı təyyarənin quş ilə toqquşması ilə əlaqədar olaraq, hava gəmisinin komandirinin qərarı ilə təyyarə İstanbul hava limanına qayıdıb.

Bu reysin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edək ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik" — deyə məlumatda vurğulanır.