RUSİYA

Donald Tramp daha bir ölkə başçısı ilə görüşmək istəyir

Məlumata əsasən, görüşün yeri və vaxtı hələlik müəyyən deyil
Sputnik

BAKI, 2 iyun — Sputnik. ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Hazırda hər iki ölkə liderinin görüşü üçün danışıqlar aparılır. ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmanın hazırda bu məqsədlə öz ölkəsində olduğu deyilir.

Məlumata əsasən, görüşün yeri və vaxtı hələlik müəyyən deyil.