Terrorçuların ABŞ hərbi forması geydikləri ortaya çıxıb

8 terrorçunun binaya ABŞ zirehli maşını "Humvee" ilə girdiyi və ABŞ hərbi forması geydikləri görülüb
Sputnik

BAKI, 2 iyun — Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki Daxili İşlər Nazirliyinə mayın 30-da təşkil olunan terror hücumunda terrorçuların ABŞ hərbi forması geydiyi ortaya çıxıb.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, terrorçular ilə polislər arasında baş verən qarşıdurmada terrorçuların öldürülüb, ancaq, bir detal nəzərdən qaçmayıb. 8 terrorçunun binaya ABŞ zirehli maşını "Humvee" ilə girdiyi və ABŞ hərbi forması geydikləri görülüb. Əfqan hərbçilərindən birinin həyatını itirdiyi, bir qisminin isə yaralandığı deyilib.

"Associated Press" xəbər agentliyinə görə, terrorçuların köhnə tip ABŞ hərbi forması geyinməsinin bir anlıq tərəddüd, ya da gecikməyə səbəb olması üçün bu yola əl atdığı qeyd olunub.