HADİSƏ

Mədəsindən 2 kiloqrama yaxın saç çıxdı - VİDEO

Saçı çıxarıb, mədəni bərpa etdik.
Sputnik

BAKI, 2 iyun — Sputnik. Antalyada ürək bulanma, qusma və ağrı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı qızın mədəsindən 1,5 kiloqram ağırlığında saç çıxıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, qızın əməliyyatı 1,5 saat çəkib.

Həkimlərin məlumatına görə, qızın mədəsinin tomoqrafiyası zamanı saç yumağının onun mədəsinin formasını aldığı müəyyən edilib. 

"Xəstə ilə söhbət zamanı məlum olub ki, o kiçik yaşlarından saç yeməyə maraqlıdır. Daha əvvəl də saç yumaqları görmüşdük, amma bu, daha böyük idi. Saçı çıxarıb, mədəni bərpa etdik" — deyə həkim qeyd edib.