İftar vaxtı restoranın ortası çökdü, yaralı var - VİDEO

İstanbulda bir restoranın ortası çökdü, insanlar iftar aça bilmədilər
Sputnik

BAKI, 2 iyun — Sputnik. İstanbulda bir restoranın ortası çökdü, insanlar iftar aça bilmədilər.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, iftar açmaq üçün restoranda olan insanlar restoranda yaranan çuxura düşüblər. Çökən yerə düşənlər oradan çıxardılıblar.

Baş verən qəzada 1 nəfər yaralanaraq xəstəxanaya aparılıb.