BAKI, 2 iyun — Sputnik. Bəşər Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK arasında Suriyanın Deyr əz-Zor əyalətində neft mübadiləsini nəzərdə tutan razılaşma əldə olunduğu iddia edilib.
Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, razılığa görə, YPG/PKK işğal etdiyi ən böyük neft yatağından hər 100 barel xam neft qarşılığında rejimdən 75 barel mazut alacağı deyilib.
Rejim və YPG/PKK təxminən bir il əvvəl Suriyada Haseke rayonundakı yataqlardan çıxarılan neftin gəlirini bölüşdürmək qərarı almışdı.
Deyr əz-Zor əyaləti ölkənin ən böyük enerji resurslarına malikdir. Təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir.