RUSİYA

Həbsdə olan jurnalist Putindən onu müdafiə etməyi xahiş edib

Jurnalist həmçinin Rusiya Federasiyasının vətəndaşı olduğunu, eyni zamanda Ukrayna vətəndaşlığından çıxmaq istədiyini vurğulayıb
Sputnik

BAKI, 1 iyun — Sputnik. RİA Novosti-nin Ukrayna bürosunun rəhbəri Kiril Vışinski Rusiya prezidenti Vladimir Putindən onu müdafiə etməsini xahiş edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən Rusiya prezidenti Vladimir Putinə ən qısa zamanda azad olunmağım üçün bütün lazımi tədbirlərin görülməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edirəm", — deyə Vışinski məhkəmə zalında bildirib.

Jurnalist həmçinin Rusiya Federasiyasının vətəndaşı olduğunu, eyni zamanda Ukrayna vətəndaşlığından çıxmaq istədiyini vurğulayıb. Vışinski həbs edilməsini və həbsdə saxlanılmasının qanunsuz olduğunu bildirib və onun yaxınlarının təqib olunmasını dayandırmağı tələb edib.

Qeyd edək ki, mayın 15-i səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.