İşsizlərə müjdə: Onlardan biri ola bilərsiniz, şans yaranır

Yaponiyada 2008-ci ildə işləyən işçilərin sayı 480 min olduğu halda bu rəqəm 2017-ci ildə 1,2 milyona yüksəlib
Sputnik

BAKI, 1 iyun — Sputnik. Yaponiya 2025-ci ilə qədər 500 min işçi qəbul edəcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yaponiya hökuməti ölkədə xüsusilə təsərrüfat və inşaat sektorunda iş gücü çatışmaması səbəbilə 2025-ci ilə qədər əcnəbi işçilər qəbul edəcək.

Baş nazir Sinzo Abenin yeni iqtisadi siyasəti əsasında veriləcək qərar payızda parlamentdə təqdim ediləcək.

Qərara görə, əkinçilik, inşaat, sağlamlıq və gəmi inşaatı kimi sahələrdə çalışacaq işçilər 5 ilə qədər ölkədə qala biləcəklər. Amma onlara ailə üzvlərini yanlarına gətirməyə icazə verilməyəcək.

Yaponiyada 2008-ci ildə işləyən işçilərin sayı 480 min olduğu halda bu rəqəm 2017-ci ildə 1,2 milyona yüksəlib.