CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün onların günüdür

Uşaqların hüquqlarını təmin edən bəyannamə ilk dəfə olaraq 1924-cü ildə qəbul edilib
Sputnik

BAKI, 1 iyun — Sputnik. 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (ing. International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqların hüquqlarını təmin edən bəyannamə ilk dəfə olaraq 1924-cü ildə qəbul edilib.