Türkiyə üçün ağır gün: Ard-arda şəhid xəbəri gəldi

İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid olub
Sputnik

BAKI, 31 may — Sputnik. İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Hadisə Türkiyə ordusunun İraqın şimalında antiterror əməliyyatı keçirdiyi zaman baş verib.