RUSİYA

Rusiya Birləşmiş Ştatlarla əlaqələri normallaşdırmağa hazırdır

"Biz bu qarşıdurmanı nə Birləşmiş Ştatlar, nə də digər ölkələrlə davam etdirmək istəmirik"
Sputnik

BAKI, 31 may — Sputnik. Rusiya Birləşmiş Ştatlarla əlaqələrin normallaşdırılmasına hazırdır və rəsmi Vaşinqtondan bu istiqamətdə konkret təkliflər gözləyir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərində qarşıdurma artıq bir normaya çevrilib: "Bu bizdən asılı deyil. Biz bu qarşıdurmanı nə Birləşmiş Ştatlar, nə də digər ölkələrlə davam etdirmək istəmirik. Biz müntəzəm olaraq rəsmi Vaşinqtondan, o cümlədən prezident Trampdan əlaqələri normallaşdırmağın vacibliyi haqqında siqnallar eşidirik. Biz buna hazırıq, lakin konkret təkliflər gözləyirik".

Rusiya xarici işlər naziri vurğulayıb ki, Rusiya bütün istiqamətlər üzrə əlaqələrin bərpasına hazırdır.