BAKI, 31 may — Sputnik. Mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.