BAKI, 31 may — Sputnik. Rəsmi Tehranla münasibətlər İrəvan üçün həyatı əhəmiyyət malikdir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöqrab Mnaçakanyan "Ermənistan" telekanalına müsahibəsində ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqi məsələsini şərh edərkən bildirib.
Nazir qeyd edib ki, Ermənistan vaxtında öz mövqeyini açıqlayıb və İranla nüvə sazişini dəstəkləyib: "İranla əlaqələr bizim üçün həyati əhəmiyyətə malikdir. Bizim onlarla formalaşdırılmış qarşılıqlı əlaqələrimiz var. Bu məsələ bizim üçün çox əhəmiyyətlidir. Ermənistan bu məsələni ABŞ-la əməkdaşlığa uyğunlaşdırır".
Nazir vurğulayıb ki, Yerevan Tehranla münasibətlərin vacibliyini həmişə qeyd edir.