BAKI, 31 may — Sputnik. Millət vəkili Fəzail İbrahimli hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, parlamentdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili bildirib ki, seçildiyi Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır: "Hökumətin oraya qaz verməyə gücü çatmır? 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. Oranı qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.