HADİSƏ

Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi

Hadisə Dağlıq Qarabağın şimal hissəsində, Ağdərə-Kəlbəcər ərazisində baş verib
Sputnik

BAKI, 31 may — Sputnik. Mayın 30-da gecə saatlarında Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusunun hərbçisi həlak olub. Sputnik Ermənistan-ın məlumatına görə, hərbçi yol qəzası nəticəsində həyatını itirib. 

Hadisə Dağlıq Qarabağın şimal hissəsində, Ağdərə-Kəlbəcər ərazisində baş verib. Qəza zamanı müqavilə ilə hərbi xidmət keçən 26 yaşlı Suren Ayvazyan ölüb.

Məlumata əsasən, qəzanın səbəbləri araşdırılır.