CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cümhuriyyətin 9 şəkli" təqdim olundu

Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər
Sputnik

BAKI, 31 may — Sputnik. Mayın 30-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filminin təqdimatı olub.

"Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filminin təqdimatı

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü və Cinealliance Kinoşirkətinin yaradıcı komandasının ərsəyə gətirdiyi Cümhuriyyətin 9 şəkli bədii-sənədli filminin təqdimat mərasiminə ölkənin bir çox tanınmış şəxsləri qatılıb.

Belə ki, təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, KİV nümayəndələri və Veysəloğlu şirkətlər qrupunun rəhbər heyəti iştirak ediblər.