Elşad Məmmədov: “CQD Avropa üçün strateji əhəmiyyət kəsb edir”
“Cənubi Qafqaz Dəhlizi layihəsi Azərbaycan üçün prioritet məqsədli layihədir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov CQD-nin əhəmiyyətini şərh edərkən deyib.
“Enerji layihələrinin reallaşdırılması dünya iqtisadiyyatında və siyasətində ən mürəkkəb proseslərdən sayılır. Çünki burada güclü siyasi güclərin maraqları kəsişir. Avropa enerji bazarındakı mürəkkəb vəziyyət hər kəsə bəllidir. Bu vəziyyətdə belə bir layihənin reallaşdırılması Azərbaycanın çox böyük uğurudur. Bu layihə Azərbycanın makro iqtisadi göstəricilərinə müsbət təsir edə biləcək. Hesablamalarıma görə, il ərzində bu layihədən ölkəyə 3 milyard dollar valyuta daxil olacaq. Həmçinin Avropanın enerji təchizatı baxımından da bu layihə strateji əhəmiyyət kəsb edir” — deyə ekspert bildirib.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.