CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələsin: Dövlət qurumu işçi axtarır

Pedaqoji iş təcrübəsi olanlara üstünlük veriləcək
Sputnik

BAKI, 31 may — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası beş yer üzrə vakansiya elan edib.

Sputnik Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, akademiya tədrisi ingilis dilində aparılan qrupda adları aşağıda göstərilən fənləri tədris etmək üçün əməyi saathesabı (yüksək tariflə) ödənilməsi şərtilə baş müəllim, dosent və professorların müqavilə əsasında işə qəbulunu aparır. Pedaqoji iş təcrübəsi olanlara üstünlük veriləcək.

İngilis dili – 2 yer

Riyaziyyat – 1 yer

Kimya – 1 yer

Fizika – 1 yer

Sənədlər iyulun 10-dək ADDA-nın Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən əsas binasında qəbul olunur.

Əlaqə telefonu: 498-56-32, 493-36-44 daxili 229