CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik "Üzeyir-2"-ni cərimələdi

İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub
Sputnik

BAKI, 30 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən "Üzeyir 2" kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.